Kriştiano Ronaldo "Əl-Xolud"la qarşılaşmanın (3:1) 61-ci dəqiqəsində əvəzlənməsindən narazı qalıb.
Bizim.Media xəbər verir ki, məyus görünən “Əl-Nəsr”in forvardı meydandan çıxınca əllərini qaldıraraq dərhal paltardəyişmə otağına gedib.
40 yaşlı portuqaliyalı oyunun 4-cü dəqiqəsində hesabı açıb. Səudiyyə Ərəbistanı çempionatında 19-cu qolunu vuran futbolçu bombardirlər yarışında liderliyini möhkəmləndirib.
Qeyd edək ki, Ronaldo liqada son yeddi matçın 4-də əvəzlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта