RU

Paşinyan Avropadan üz döndərir - “Putinə sədaqət andı içdi”

Ermənistanda qərbyönümlü isteblişment şokdadır, böyük addımlarla Avropaya doğru “irəliləyən” Nikol Paşinyan hökuməti xarici siyasət vektorunu dəyişir və növbəti dəfə Rusiyaya sədaqət andı içməyə başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Past” yazır.

Erməni nəşri bildirir ki, Baş nazir Nikol Paşinyan dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb:

“Rəsmi məlumata görə, baş nazir Rusiya prezidentinə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşma və bu barədə danışıqların başa çatması barədə məlumat verib. Regional və ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də müzakirə olunub.

Kremlin mətbuat xidməti bildirib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Paşinyan telefon danışığında Putinin dəvətini qəbul edərək, mayın 9-da Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edəcəyini təsdiqləyib. Bildirilir ki, Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı ilə bağlı bəzi məsələlərə toxunulub.

Ekspertlərin fikrincə, Ermənistan hakimiyyətinin növbəti dəfə rusiyayönlü siyasət yürütməkdən və Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışmaqdan başqa çıxış yolu yoxdur”. /Teleqraf/

Избранный
12
turkustan.az

1Источники