RU

Çəkilişdə ayağı sındı, əməliyyata alındı



"Deha" serialının əsas qəhrəmanı Aras Bulut İynemli təcili əməliyyat olundu

"Medicina" xəbər verir ki, baş rol ifaçısı Aras Bulut İynemlinin ayağı burxulub və topuqdan sınıb.

Bildirilir ki, xəstəxanaya yerləşdirilən aktyor müayinə edildikdən sonra təcili əməliyyat olunub.

"Əməliyyat uğurla keçib. İynemli hazırda istirahətdədir və ən qısa zamanda serialın çəkilişlərinə qayıtmağı gözləyir", - xəbərdə deyilir.

Aktyorun sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumatlar verilməyib.



Избранный
4
medicina.az

1Источники