RU

Məşhur serialda xoşagəlməz hadisə: Aktyor xəstəxanalıq oldu

Bazar axşamlarının məşhur serialı Deha hər bölümü ilə sosial mediada gündəm olmağı bacarır. Aras Bulut İynəmli, Uğur Polat, Taner Ölməz və Melis Sezenin rol aldığı fenomen serialının çəkiliş meydançasında qorxulu qəza baş verib.

KONKRET.az xəbər verir ki, aparıcı aktyor Aras Bulut İynəmli əməliyyat olunub.

Topuğunda sınığı olan aktyorun əməliyyatı həkim Mustafa Karahan tərəfindən uğurla həyata keçirilib. Evində dincələn Aras Bulut İynəmli müalicəsini ən qısa zamanda başa vurub, çəkiliş meydançasına qayıtmağı gözləyir.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
5
konkret.az

1Источники