RU

Fransada ana iki oğlu ilə birlikdə bıçaqla liseyə hücum edib

Fransanın Puassi şəhərində ana iki oğlu ilə birlikdə liseyin ərazisinə daxil olub.

Bu barədə "Parisien” nəşri məlumat yayıb.

"Bıçaqla silahlanmış bu üç şəxs cümə günü günorta saatlarında Puassidəki Le Korbüzye liseyinin həyətinə daxil olaraq şagirdlərdən biri ilə mübahisəni həll etmək niyyətində olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, polis ananı və qardaşlardan birini saxlaya bilib. Digər qardaş qaçmağa müvəffəq olub.

Избранный
8
2
demokrat.az

3Источники