RU

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinn Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

 

Bakı, 15 mart, AZƏRTAC

Mən İsrailin ən böyük xəstəxanalarından birinin idarə heyətinin sədri kimi bu paneldə iştirak etməkdən şərəf duyuram. Qlobal səhiyyə məsələsi son dərəcə vacibdir. Bildiyimiz kimi, dünya pandemiyalar, iqlim dəyişikliyi və müxtəlif səhiyyə siyasətlərinin tətbiqi fonunda bu cür problemlərlə üzləşməyə davam edir. Ona görə də bu problemi qlobal nöqteyi-nəzərdən həll etmək üçün mən üzləşdiyimiz bir neçə vacib şərt haqqında düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin sabiq Prezidenti, Knessetin sabiq sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya İtzik XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda panel iclasda deyib.

“Mən birlikdə fəaliyyət göstərməyin çox vacib olduğunu düşünürəm. Xristian, müsəlman, yəhudi - hər kəs eyni vaxtda eyni müalicəni ala bilər. Beləliklə, biz xəstəxanamızda birgə mövcudluğumuzla fəxr edirik. Bütün mərkəzlərdən həkimlərimiz var, müxtəlif ölkələrdən xəstələrimiz var. Beləliklə, biz bununla çox fəxr edirik. Nə qədər çox əməkdaşlıq etsək, işimiz dünyaya gözəl bir mesaj olacaq.

Beynəlxalq əməkdaşlıq çox vacibdir. Bildiyimiz kimi, körpələr sərhəd nə oluğunu anlamır. Odur ki, xalqlar arasında öyrənilmiş və yenidən təcrübə mübadiləsi apardığımız bilikləri qonşularınız arasında yaymaq, tibbi texnologiya və tədqiqatları davam etdirmək çox vacibdir. Tibbi yeniliklər mövcuddur. Bu sahə çox təkmilləşib. Başqa bir məsələ isə, təəssüf ki, onilliklər ərzində bizdə də fövqəladə hadisələr yaşanır”, - deyə Daliya İtzik əlavə edib.

 

 

Избранный
15
1
azertag.az

2Источники