RU

"Azneft" dairəsindən "Qız qalası"nadək mediatur - FOTO

Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində mediatur təşkil edilib.

 

Pravda.az xəbər verir ki, mediatur "Azneft" dairəsindən "Qız qalası"nadək olan ərazini əhatə edib.

 

Məlum olduğu kimi, Novruz Bayramı günlərində Bakı Bulvarı şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilir. Dənizkənarı Bulvar İdarəsi bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırlayıb.

 

Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxın gəzinti zolağında qurulub. "Azneft" dairəsindən "Qız qalası"na qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb.

 

Bakı Bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir. Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur.

Tarix: 15 Mart 2025, 16:03   
Избранный
16
9
pravda.az

10Источники