Cəlilabad rayonunda kişi meyiti tapılıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tahirli kəndində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb. İlkin məlumata görə o, özünü asıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.