RU

İdman müəllimi döyüldü: 4 nəfər saxlanıldı

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.

Ölkə.Az xəbər verir ki, azyaşlı şagirdini zorladığı deyilən müəllim döyülüb və nəticədə o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub:

" O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Избранный
39
6
olke.az

10Источники