RU

Yavaş və İmamoğlu görüşdü: "Aramızda fikir ayrılığı vardı"

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş ilə görüşüb. 

"Cebheinfo.az" xəbər verir ki, Ankara Böyük Şəhər Bələdiyyəsində baş tutan görüş yarım saat davam edib. 

Daha sonra liderlər mətbuata açıqlama veriblər. Yavaş İmamoğlunun Ankarada keçirəcəyi tədbirə qatılmayacağını açıqlaması və "heç kimin əvəzləyicisi olmayacağam" sözlərinə görə aralarında fikir ayrılıqları olduğunu etiraf edib:

"Bu məsələ ilə bağlı aramızda kiçik bir fikir ayrılığı vardı. Mən həmin tədbirdə iştirak etməyimin doğru olmayacağını düşündüm. Amma aramızda problem olduğunu dedikləri üçün bu görüntünü vermək istədik. Biz yol yoldaşıyıq. İmamoğluna ziyarəti üçün təşəkkür edirəm və ona uğurlar arzulayıram". 

Избранный
14
cebheinfo.az

1Источники