RU

Hacıqabulda ev yanıb

Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan üçotaqlı evin bir otağında 2 kv.m. sahədə geyim dolabı yanıb.

Ev yanğından mühafizə olunub.

Избранный
14
22
ikisahil.az

10Источники