RU

Hacıqabulda evdə yanğın baş verib VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220 kvadratmetr olan üçotaqlı evin bir otağında 2 kvadratmetr sahədə geyim dolabı yanıb.

Ev yanğından mühafizə olunub.

 

Избранный
14
22
azertag.az

10Источники