RU

Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib

Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.
Tribunainfo.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün <…> mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib”, – Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Избранный
12
2
tribunainfo.az

3Источники