RU

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat Müsabiqəsi" keçirilib

Naxçıvan, 15 mart, AZƏRTAC

Martın 15-də muxtar respublikada "Müəllimlərin Riyaziyyat Müsabiqəsi" keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, I mərhələ ümumtəhsil məktəblərinin müsabiqədə qeydiyyatdan keçən riyaziyyat müəllimləri üçün Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunub. 36 riyaziyyat müəlliminin iştirak etdiyi müsabiqədə təhsilverənlərə AMC (American Mathematics Competitions) tapşırıqları əsasında suallar təqdim edilib.

14 Mart - Beynəlxalq “Pi” Gününə həsr olunan müsabiqənin keçirilməsində məqsəd istedadlı riyaziyyat müəllimlərinin üzə çıxarılması və tanıdılmasıdır.

Müsabiqə 2️ mərhələdən ibarətdir. Müsabiqənin ikinci mərhələsi 29 mart tarixində keçiriləcək.

Избранный
8
azertag.az

1Источники