RU

“Qarabağ” Tovuzda xal itirdi – YENİLƏNİB 

Misli Premyer Liqasında 27-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda lider “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olub. Görüş hesab açılmayıb – 0:0.

Hazırda 64 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 23 xalla doqquzuncudur. 

Misli Premyer Liqası

27-ci tur

15 mart

17:00. “Kəpəz” – “Qarabağ” 0:0

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu  

Избранный
29
idmanxeber.az

1Источники