RU

İki əcnəbi qız Türkiyəni QARIŞDIRMAQ İSTƏDİ

Türkiyənin hüquq-mühafizə orqanları Antalyadakı qəbiristanlıqda fotosessiya etdirərək məzar daşlarında kart oynayan iki əcnəbi qadına qarşı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə "İmecegazetesi" portalı polis məlumatlarına istinadla məlumat yayıb.

Bu günlərdə mediada türk qəbiristanlığında rusdilli qızların poza verdiyini əks etdirən videolar yayılıb. "SHOT" "Telegram" kanalının məlumatına görə, videoda 32 yaşlı moskvalı Eliza Sannikova və 29 yaşlı Odessa sakini Katerina-Alexandra Lyubimova yer alıb.

Antalya Təhlükəsizlik Müdirliyi qızların Muratpaşa rayonundakı Andizli qəbiristanlığında nalayiq davrandıqlarını bildirib. Qeyd olunub ki, baş hərfləri ES və KY olan əcnəbilər martın 10-da ölkəni tərk ediblər.

Избранный
6
50
publika.az

10Источники