RU

“Hansı millidə çıxış etmişəmsə, canımı qoymuşam”

«İki oyun arasında müəyyən fərqlər var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol üzrə millinin sabiq müdafiəçisi Təmkin Xəlilzadə deyib.

2023-cü ildə «Zirə»dən ayrıldıqdan sonra böyük futboldan uzaq düşən yığmanın sabiq oyunçusu hazırda minifutbolda çıxış edir.

O, bugünlərdə ikinci dəfə ölkə çempionu olan «Birbaşa»nın formasını geyinir.

Xəlilzadə «futbolda faydalı idin, yoxsa minifutbolda» sualına cavabında bunları söyləyib:

«Çətin sualdır. Minifutbol mənim üçün daha rahatdır. Çünki futbol oynadığım dövrlərdə də minifutbola həvəsim var idi deyə, həftədə 1-2 dəfə oynayırdım.

Nə dərəcədə faydalı olduğumu kənardan baxanlar, xüsusən də siz jurnalistlər yaxşı bilərsiz.

Hansı komandada, hansı millidə çıxış etmişəmsə, canımı qoymuşam, əlimdən gələni eləmişəm».

Избранный
12
sportinfo.az

1Источники