Avropa İttifaqı (Aİ) hərbi kəşfiyyat xarakterli peyklərin yaradılması imkanlarını nəzərdən keçirir.
APA “The Financial Times”a istinadən xəbər verir ki, bunu qurumun müdafiə məsələləri üzrə komissarı Andrius Kubilios deyib.
“Bu qərar qlobal geosiyasi vəziyyətin dəyişdiyi nəzərə alınaraq qəbul edilib. Əsas məqsədimiz Aİ regionunun təhlükəsizliyinə kəşfiyyat xarakterli dəstəyin verilməsindən ibarətdir”.