“Avstraliya Ukraynaya sülhməramlı missiyalar göndərmək təşəbbüslərini nəzərdən keçirəcək”.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanez "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ölkəsi Ukraynada ədalətli və davamlı sülhə doğru istənilən mənalı irəliləyişi dəstəkləyir: “Amma vicdanla hərəkət etməsi üçün Rusiyaya təzyiq etmək lazım gələcək”, - o yazıb.
Baş nazir əlavə edib ki, Kanberra Ukraynanı dəstəkləmək üçün istənilən yeni təklifi nəzərdən keçirməyə həmişə açıqdır.
"Cebheinfo.az"