RU

Alberto Blanko: “Biz əslində oyunu ilk periodda uduzduq”

“Biz əslində oyunu ilk periodda uduzduq və həmin 10 dəqiqədə zəif təsir bağışladıq”.

Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının XVIII turunda “Gəncə” ilə oyundan sonra deyib.

İspaniyalı mütəxəssis 10 xal fərqi ilə uduzduqları matçı şərh edib:

“Sonrakı periodlarda, xüsusilə böyük fasilədən sonra rəqibə ciddi müqavimət göstərdik. Bu matçı unudub, artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, “Gəncə” – “Ordu” qarşılaşması ev sahiblərinin 84:74 hesablı qələbəsi ilə bitib.

“Sumqayıt”ın baş məşqçisi: “Sıx və uyğunsuz qrafiklə üzləşmişik”

“Şəki”dən inamlı qələbə

Körri 4000-ə ÇATDI

“Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”

"Quba"dan inamlı qələbə

Избранный
9
2
apasport.az

3Источники