RU

“Hər ailənin şəxsi psixoloqu olmalıdır”

İnfluenser Aynişan Quliyeva instaqramda izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, Aynişan bir cavabında psixoloqa müraciət etdiyinu deyib:

“Bəli, psixoloqa müraciət etmişəm və bir neçə seans almışam. Açığı, düşünürəm ki, bu, hər bir insanın etməli olduğu bir şeydir. Çox adam hələ də psixoloqa getməyi yalnız ciddi problemlərlə əlaqələndirir, amma mənim fikrimcə, psixoloji dəstək təkcə çətin anlar üçün deyil. İnsan bəzən özünü daha yaxşı tanımaq, daxili balansını qorumaq üçün də psixoloqa müraciət etməlidir. Hətta hesab edirəm ki, hər bir insanın, hər bir ailənin öz şəxsi psixoloqu olmalıdır - necə ki, fiziki sağlamlığımız üçün həkimlərimiz var, psixoloji sağlamlığımız üçün də mütəxəssis dəstəyi almaq normaldır.

Избранный
16
olay.az

1Источники