Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
"Kəpəz" Tovuz şəhər stadionunda lider "Qarabağ"ı qəbul edəcək. Digər görüşdə isə "Sabah"la "Zirə" üz-üzə gələcək.
Misli Premyer Liqası
15 mart (şənbə)
“Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00
“Sabah” – “Zirə” 1:0 (Birinci hissə)
Qol: Sekidika 34
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30
saytlarin hazirlanmasi