RU

Pavel Durov Dubaydadır

“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edərək Dubaya yollanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə AFP məlumat yayıb.

Qeyd edək ki, Pavel Durov son vaxtlar Fransada yaşayırdı və ona qarşı başladılan istintaqla əlaqədar məhkəmə nəzarəti altında idi.

P.Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılmışdı. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılmışdı. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.

Избранный
7
6
heftelik.az

8Источники