RU

8 yaşlı Adəmin yaşaması üçün 3 min manat lazımdır

Həmin andan da müalicəyə başlayan ailə əvvəllər müsbət nəticə görsələr də, sonradan azyaşlının vəziyyəti daha da pisləşib. Buna səbəb Adəmin müalicə olunması üçün lazım olan vəsaitin olmamasıdır.

Atası İmran Ələsgərov deyir ki, vəziyyət o həddə çatıb ki, indiAdəm artıq özünə xəsarət yetirir. Bu da ailəni lap narahat edir. Adəmin müalicəsinin əsasən qardaş Türkiyə Respublikasında mümkün olduğunu deyən çarəsiz ata - İmran Ələsgərov bildirib ki, artıq həkimlə dədanışılıb. Qalıb təkcə müalicəüçün 3000 min manat vəsaitin toplanması:

“Türkiyədə danışdığımız həkim deyir ki, Adəm mütləq qardaş ölkəyəaparılmalı vəorada müalicəalmalıdır. Bunun üçün ümumilikdə 6 min manat lazımdır. Artıq həmin məbləğin 3 min manatı toplanıb, qalıb cəmi 3 min manat".

İki uşaq atası olan İmran, ailədə işləyən yeganə şəxsdir. Ən pisi də odur ki, Adəmlə yanaşı evdə daha iki şəxs müalicə olunur. İmran öz ata və bacısının də səhhətinin yaxşılaşması üçün əlindən gələni əsirgəmir. Bu isə kasıb oğul, qardaş və valideyn olan İmranın xərclərini ikiqat artırır. İndi çarəsiz atanın yeganə istəyi oğlunun sağalması üçün 3 min manatın toplanmasıdır. Həkimlər deyib ki, autizmin tibbi çarəsi mövcuddur:

“Mən bir ata kimi yardımsevər şəxslərdən xahiş edirəm ki, oğlumun müalicəsi üçün lazım olan 3 min manatın toplanmasına kömək etsinlər. Mənə dəstək olsunlar. Balamı xilas etməsəm, özümü bağışlaya bilmərəm”.

Ailəyə kömək etmək istəyən şəxslər aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlaya vəya bank hesabına pul köçürə bilərlər.
Ailə ilə əlaqə.(050) 481-18-61
Leo: 4098584468369663


AzVision.az

Qalereya


Избранный
22
2
azvision.az

3Источники