Bir ay öncə tanınmış ürək cərrahı Mehmet Öz ABŞ-ın yeni administrasiyasında Sağlıq Sığortası Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Bir neçə gün öncə isə Mehmet bəyin bacısı, Massaçusets Texnologiya Universitetinin məzunu Seval Öz ABŞ Nəqliyyat Naziriliyində nazir müavini vəzifəsinə namizəd göstərilib, yaxın günlərdə onun təsdiqi parlamentdə səsverməyə çıxarılacaq.
Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli məlumat paylaşıb.
O bildirib ki, bacı-qardaş Türkiyənin Konya vilalətinin kiçik bir qəsəbəsi - cəmi 25 885 nəfər əhalisi olan Bozqırdandır.
N.Cəfərli bir ailədən, kiçik bir qəsəbədən iki böyük mütəxəssisin çıxmasını böyük uğur adlandırıb və alqışlayıb.