RU

Premyer Liqa: “Sabah” “Zirə” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun mərkəzi oyununda “Sabah” “Zirə”ni qəbul edib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların Masazırda keçirilmiş görüşünü Rəşad Əhmədov idarə edib.

Ardıcıl 4 oyundur qələbə qazanan və bu oyundan öncə 51 xalla ikinci olan Rəşad Sadıqovlu “Zirə” “Sabah”ı da qurbanları siyahısına salmağa çalışıb. Vasili Berezutskinin komandası isə rəqibindən fərqli olaraq, son dörd oyunda qələbəyə həsrət qalmışdı. Sözügedən komanda doğma meydanda bu uğursuz gedişata son qoymaq arzusundaydı.

“Sabah”la “Zirə” 26-cı dəfə çempionat çərçivəsində üz-üzə gəliblər. Əvvəlki 25 oyunda “bayquşlar”ın 10, “qartallar”ın 8 qələbəsi vardı. 7 görüşdə qalib müəyyənləşməmişdi. “Zirə” son 3 görüşdə bu rəqibinə qol vurmuşdu. “Sabah” son 3 ev qarşılaşmasında quru hesabla uduzmuşdu.

Bu oyunda hesabı “Sabah” açıb. Amma “Zirə” qalan dəqiqələrdə bərabərlik qolunu vurmağı bacarıb.

Premyer Liqa
27-ci tur
15 mart

“Sabah” – “Zirə” 1:1
Qollar: Jesse Sekidika, 34 – Davit Volkov, 63.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Избранный
4
arena.az

1Источники