Bundesliqanın 26-cı turunda "Bavariya" səfərdə "Union Berlin"lə qarşılaşıb.
hakimiyyet.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın 75-ci dəqiqəsində qonaqlar hesabı əvəzedici kimi meydana çıxan Leroy Sanenin qolu ilə açıb. Doqquz dəqiqə sonra "Union Berlin" Benedikt Hollerbaxın dəqiq zərbəsi ilə status-kvonu bərpa edib.
Beləliklə, "Bavariya"nın 62 xalı var. Turnir cədvəlinə inamla başçılıq edir. "Union Berlin" isə 13-cü yerdədir.