RU

Bakıdan səslənən önəmli mesajlar

Ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə müsbət nümunənin əsasını qoyub. Ölkəmiz dialoq, əməkdaşlıq məkanı kimi tanınır. Ötən günlərdə də keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər dünyada geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlər və qarşıdurmaların şiddətləndiyi bir vaxtda mühüm əhəmiyyət kəsb edir.
Forumda Albaniya prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak etməsi tədbirin xüsusi əhəmiyyətindən xəbər verir.  
Dövlət başçısı İlham Əliyev forum çərçivəsində çıxışı zamanı çox əhəmiyyətli bir mövzuya diqqəti yönəltdi. Hazırda dünyanı düşündürən enerji siyasəti və yaşıl transformasiya məsələsini xüsusilə qeyd edən dövlət başçısı enerji təhlükəsizliyi ilə əlaqədar siyasət tədbirləri beynəlxalq müstəvidə də aktuallıq daşıdığını bildirdi.
Cənab Prezident İlam Əliyev çıxışında qlobal miqyasda artan təhdidlərdən, yaranmış yeni situasiyalara da diqqət yönəldib, Cənubi Qafqazda yaranmış yeni reallıq, Ermənistanın 30 illik işğal siyasəti, erməni lobbisinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı təbliğat kampaniyasını Forum iştirakçılarının diqqətə çatdırıb.
Forumla bağlı ən maraqlı nüanslardan biri də tədbir iştirakçılarının Forumun əhəmiyyəti barəsində müsbət fikirləridir. İştirakçılar Forum barəsində geniş bəhs edərək ev sahibinə-Azərbaycana təşəkkür etməklə yanaşı, qlobal problemlərin həllinə ölkəmizin töhfələri yüksək dəyərləndirilər.
Siyasi analtiklər də Forum barəsində öz fikirlərini dilə gətirirlər.  Qeyd olunur ki, Qlobal Bakı Forumu postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. 
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
3
olaylar.az

4Источники