RU

"Argentina 2024-cü ildə Amerika kubokunu hakimlər sayəsində qazandı"

Kolumbiya millisinin kapitanı və Meksikanın "Leon" klubunun hücumçusu Xames Rodriqes Argentinanın 2024-cü ildə Amerika Kubokunun finalını hakimliyə görə qazandığını bildirib.

90deqiqe.Az xəbər verir ki, "Marca" təcrübəli futbolçunun dediklərini belə çatdırıb. 

“Argentina xarici amillərə görə Amerika kubokunun finalını qazandı və buna görə də keçən il çempion ola bilmədik. Əminəm ki, hakim çox böyük təsir bağışladı. Finalda xeyrimizə ən azı iki penalti təyin olunmadı. Bu aydındır. Turnirin digər matçlarında olduğu kimi niyə VAR səs yazıları yayımlanmadı? Məncə, bütün bunlar qəribə və maraqlıdır" 

Xatırladaq ki, Argentina yığması 2024-cü ildə final oyununda Kolumbiya yığmasına 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Избранный
1
90deqiqe.az

1Источники