RU

“Haqqımda bu sözü deməyin məni incitdi”

Aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevlə arasında keçən inciklikdən danışıb.

Publika.az xəbər verir ki, sənətçi bu barədə “Künc-bucaq” layihəsində açıqlama verib:

“Fərdanı çox istəyirəm. “Stand up”da Azərbaycanda bir nömrədir. Uzun illər dostluğum olub. Üzüldüyüm nöqtə var idi: Ən yaxın dostum gedib haqqımda elə danışmamalıdır. Məni hamı tanıyır. Elə xasiyyətdə biri deyiləm. Heç kimin çörəyini kəsməmişəm. Haqqımda bu söz deməyin məni incitdi. Qardaş kimi sənin yanında olmuşam. Tolikin verilişində gedib şou düzəltdi. Mənə zəng etdilər, cavab vermədim”.

Избранный
5
2
publika.az

3Источники