RU

"Gold Məkan" MMC Nərimanovda Tikinti Məcəlləsini pozdu - Nazirlik hərəkətə keçdi

Nərimanov rayonunun Fətəli Xan Xoyski 130 ünvanında normativlərə uyğun aparılmayan tikinti işləri barədə ötən yazımızda məlumat vermişdik. 

Qlobal.az-a müraciət edən sakinlər Fətəli Xan Xoyski 130 ünvanında küçə boyu aparılan kotlavan qazma işlərinin ətrafda olan hündür mərtəbəli yaşayış binalarını qəzalı vəziyyətə salacağından ehtiyatlanırdılar.

Şirkət tərəfindən aparılan kotlavan qazma işlərinin aşırımları az saxladığına görə eyni zamanda magistral yola da ciddi təhlükə yaratdığı, bəzi yerlərdə isə küçənin asfalt örtüyünün deformasiyaya uğradığı vurğulanırdı.

Qlobal.az məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən mövqe öyrənib.

Nərimanov icra Hakimiyyətinin açıqlamasında deyilir:

“Sözügedən ərazidə qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yeni hündürmərtəbəli binaların tikilməsi, sakinlərin kirayə haqları ödənilməklə köçürülməsi və gələcəkdə həmin ərazidə yeni tikilmiş binalarda mənillərlə təmin eidlməsi məqsədilə F.Xoyski prospekti, F.Yusifov və A.Neymətulla küçələrinin kəsişməsində yerləşən 1.6 torpaq sahəsi Bakı şəhər icra hakimiyyəti başçısının 21.09.2023-cü il tarixli 164 nömrəli sərəncamı ilə “GOLD MƏKAN” MMC-nin istifadəsinə verilmişdir. Hazırkı tarixə 100-dən çox ailə ilə ilkin razılıq əldə olunmuş və köçürülmüşdür. “GOLD MƏKAN” MMC tərəfindən digər sakinlərlə kpçürülmə barədə danışıqlar davab etdirilir.

Eyni zamanda bildiirik ki, qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə tərəfimizdən tikinti şirkətinə, həmçinin rayonun aidiyyatı qurumlarına müraciət olunmuş və məsələ nəzarətə götürülmüşdür.

Əlavə olaraq bildiririk ki, həmin ünvandakı söküntü işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla aparıldığı üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan işlərin dayandırılması barədə sifarişçi “GOLD MƏKAN” MMC-yə 16.12.2024-cü il tarixli 219 nömrəli “Qərar” verilmişdir”.

Qeyd edək ki, “GOLD MƏKAN” MMC 2022-ci ilin may ayının 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 125, mənzil 126, qanuni təmsilçisi isə Məmmədov Allahşükür Əliməmməd oğludur.

Избранный
20
yenigundem.az

1Источники