RU

TELEFONLAR SUSMUR

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az bu barədə ABŞ Dövlət Departamentinə istinadla xəbər verir.

Qeyd edilib ki, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə edib və ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

Martın 15-də Rubio mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinə etimad məsələsini rədd edib.

Избранный
17
9
publika.az

10Источники