RU

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28-ə çatıb

Bakı, 16 mart, AZƏRTAC

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 28-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” kanalı bildirib.

Məlumata görə, milyonlarla amerikalı tornadolar və qasırğalı küləklər təhlükəsi səbəbindən yüksək riskli zonada qalır. 130 km/saata çatan külək və böyük dolu ilə müşayiət olunan tufan ölkənin Qərbi və Cənubunu təhdid edərək şərqə doğru irəliləməkdə davam edir. 28 qurbandan 15-i tornado, qalanları isə qasırğalı küləklər və yanğınlar nəticəsində yaranıb.

Meteoroloqlar qasırğanın güclənəcəyi barədə xəbərdarlıq edib və sakinləri ehtiyatlı olmağa çağırıb.

Избранный
14
7
azertag.az

9Источники