Demokrat.az xəbər verir ki, o, AFFA İntizam Komitəsinin Elvin Cəfərquliyev və Musa Qurbanlıya verdiyi 2 oyunluq cəzadan danışıb:
"Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartdılar ki... "Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki "Araz-Naxçıvan" futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz.
O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdüyü üçün epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər".
Təcrübəli mütəxəssis AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsinə də münasibət bildirib:
10Источники
-
referans.az“Musa oğlum olduğu üçün danışmaq istəmirəm” – Qurban Qurbanov ( 16072683)
-
tribunainfo.az“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” – Qurbanov ( 16072199)
-
demokrat.az"Mövzunu elə qabartdılar ki..." — Qurban Qurbanov ( 16070797)
-
bizim.media"Elə danışırlar, sanki hər şeyi edən bizik" - Qurban Qurbanov ( 16070349)
-
viral.az“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” ( 16068047)
-
redaktor.az“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” -Qurbanov ( 16068009)
-
konkret.az“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” – Qurban Qurbanov ( 16067917)
-
heftelik.az“Ayaqlarını sındırmaq istəyirdilər” – Qurban Qurbanov ( 16067883)
-
offsideplus.azQurban Qurbanovdan "Atletiko" və Simeone açıqlaması ( 16067881)
-
moderator.az“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” - Qurbanov ( 16067703)