RU

Premyer Liqa: “Səbail” 22 oyundur yenə bilmədiyi “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı iki paytaxt təmsilçisi – “Səbail”lə “Neftçi” arasında baş tutacaq. “Bayıl Arena”da keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək. Kubok oyunlarını da nəzərə alsaq, 8 oyundur qələbə üzünə həsrət olan “Səbail” hazırda Premyer Liqanın yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Neftçi” də son iki oyununda 3 xal qazana bilməyib. Bu üzdən hər iki komandanın qələbəyə oynayacağı şübhə doğurmur.

Bu, paytaxt klublarının yubiley – 30-cu qarşılaşması olacaq. Əvvəlki 29 oyunda “Səbail” cəmi 2, “Neftçi” isə 21 qələbə qazanıb, 6 görüş bərabərliklə yekunlaşıb. “Səbail” 22 oyundur “Neftçi” üzərində qələbə qazanmır. “Neftçi” son 19 görüşdə bu rəqibinə qol vurub.

Turun qapanış matçında isə “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.

Bu komandalar indiyə qədər milli çempionat çərçivəsində 10 oyunda qarşılaşıblar. Bu görüşlərdə hərəyə 3 qələbə qazanmış “Turan Tovuz”la “Sumqayıt” 4 oyunda da heç-heçəyə razılaşıblar. “Turan Tovuz” son 3 qarşılaşmada bu rəqibinə qol vurub. “Sumqayıt” bütün səfər görüşlərində qol buraxıb.

Tovuz təmsilçisi son iki turda qələbə qazana bilmədiyi üçün bu oyunda azarkeşlərinin də dəstəyi ilə həsrətə son qoymağa çalışacaq. Ötən tur “Kəpəz”i 3 cavabsız qolla məğlub etmiş sumqayıtlılar isə bu uğurun davamını gətirmək arzusundadırlar.

Premyer Liqa
27-ci tur

14 mart

“Araz-Naxçıvan” – “Şamaxı” 1:1
Qollar: Bernardo Dias, 39 – Cəlal Hüseynov, 68.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

15 mart

“Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Sabah” – “Zirə” 1:1
Qollar: Jesse Sekidika, 34 – Davit Volkov, 63.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

16 mart

“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.

Избранный
14
1
arena.az

2Источники