RU

Körpənin ağlamasının səbəbini qaz sancısı sandılar, nəticə şoka saldı

Körpənin ağlamasının səbəbini qaz sancısı sandılar,

Ərzurumda 8 aylıq Oğuz Kağanın davamlı ağlamasının səbəbi qaz ağrısı zənn edilsə də, ultrasəs müayinəsi ilə böyrək daşı aşkarlanıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ailə əvvəlcə narahatlığı doğuş sancıları ilə əlaqələndirsə də, vəziyyət düzəlmədiyi üçün körpə Ərzurum Şəhər Xəstəxanasında müayinə olunub. Daha sonra Atatürk Universiteti Tibb Fakültəsində 5 mm-lik kəsiklə aparılan əməliyyat zamanı böyrəklərindən 15 qramlıq daş çıxarılıb.

Əməliyyatı həyata keçirən Dos. Dr. Fatih Özkaya bildirib ki, Oğuz Kağan bu proseduru keçən ən kiçik xəstələrdən biridir. Qapalı böyrək daşı əməliyyatı ilə böyrəklər rahatlaşdırılıb və infeksiya riski aradan qaldırılıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
32
e-saglam.az

1Источники