İki il aradan sonra yaşıl meydanlara qayıdan Dele Alli bəxtsiz anlar yaşayıb.
Offsideplus.az xəbər verir ki, matçın 81-ci dəqiqəsində oyuna daxil olan ingilis futbolçu cəmi 10 dəqiqə sonra qırmızı vərəqə alaraq meydanı tərk edib.
Maraqlı məqam odur ki, hətta rəqib komandanın futbolçusu Kayl Uoker belə hakimin qərarını yumşaltmasını istəyib və qırmızı vərəqə əvəzinə sarı verilməsini xahiş edib. Buna baxmayaraq, hakim qərarını dəyişməyib.
Qeyd edək ki, qarşılaşma “Milan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.