Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” öz meydanı “Jeju” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər oynayıb.
Bu nəticədən sonra “Daejeon” 12 xalla liderliyini davam etdirir.