RU

Lənkəranskini bıçaqlayanı belə öldürüblər-YENİ TƏFƏRRÜATLAR

Suxumi klanın “beyni” hesab olunan Levan  ölən dostu ilə vidalaşmaq üçün Tiflisə qayıdıbmış və killer də sadəcə, mərasiminin keçirildiyi yerdə pusqu qurub 

Musavat.com  xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub.  Bəlli olub ki, Levan uzun müddət imiş  yalnız  mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Məlumata görə, bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.

Tiflisə isə vəfat edən  yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş. Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib.  O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə  nəzarət atəşi də açıb.

 Rusiya mənbələri qətldə Ded Xasan və onun  1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro)  qisas  versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri var idi.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınırdı. 

“Cebheinfo.az”

Избранный
14
5
cebheinfo.az

6Источники