RU

Azərbaycanın uğurlarını və yüksəlişini dünyaya tanıdan platforma

Bakı. Trend:

Bu günlərdə respublikamız növbəti dəfə Qlobal Bakı Forumuna evsahibliyi etdi.

Trend xəbər verirki, artıq 12-ci dəfə keçirilən bu Forum dünyanı düşündürən aktualproblemlərin həlli yollarını araşdıran, bu barədə dünyaictimaiyyətini məlumatlandıran siyasi platformadır. Qlobal BakıForumu həm də Azərbaycanın uğurlarını və yüksəlişini dünyayatanıdan mühüm tədbir kimi özünü göstərməkdədir.

Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinintəşkilatçılığı ilə 2013-cü ildən etibarən təşkil olunur. Artıqgözəl bir ənənəyə çevrilən bu Forumun siyasi və qlobaləhəmiyyətini, çəkisini artıran ən vacib amil onun AzərbaycanPrezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilməsidir.Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yüksək beynəlxalqnüfuzu bu tədbirə bütün dünyada böyük marağın və diqqətin olmasınışərtləndirir. Elə bu səbəbdən də Qlobal Bakı Forumunda onlarlaölkədən görkəmli dövlət xadimləri – prezidentlər, baş nazirlər,tanınmış siyasətçilər, diplomatlar iştirak edirlər. Bu amilin özü,yəni tanınmış dövlət və siyasi xadimlərinin iştirakı iləkeçirilməsi də beynəlxalq səviyyədə Qlobal Bakı Forumuna olanmarağı daha da artırır. İndiyədək keçirilən forumların statistikgöstəriciləri təsdiq edir ki, ildən ilə müzakirələrdə iştirakedənlərin sırası daha da genişlənib. Bu da Foruma dünyada artanmarağın bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin qeydetdiyi kimi Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühümməsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinəçevrilib.

Bu tədbirin məhz Bakıda keçirilməsi isə Azərbaycana dünyamiqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdanŞərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbərtədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada siyasi dialoqlarınqurulmasında mühüm rol oynadığını nümayiş etdirir. Məhz Bakıdasiyasi liderlərin, politoloqların, nüfuzlu dövlət xadimlərininiştirakı ilə dünyanı narahat edən ən aktual məsələlər müzakirəolunur. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərəkonstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişlişərait yaratdığı şübhəsizdir. O cümlədən xalqımızın qədim tarixi,zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatıolmayanlar bu cür tədbirlər vasitəsilə Azərbaycanı daha yaxındantanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinəçevrilirlər.

Martın 13-dən-15-dək keçirilən XII Qlobal Bakı Forumu “Dünyadüzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”mövzusuna həsr olunmuşdu. Forumda 400-ə yaxın iştirakçı, o cümlədənən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçininBMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştiraketdilər. Onların iştirakı ilə keçirilən panel iclasların hərbirində müasir dünyanı dərindən düşündürən aktual məsələlərətrafında müzakirələr aparıldı, diskussiyalar keçirildi.

Qeyd etdiyim kimi cür tədbirlər Azərbaycanı dünyaya dahayaxından tanıdır. Bu baxımdan cənab Prezident İlham Əliyevin buforumların açılış mərasimlərindəki çıxışları Azərbaycanın ənmükəmməl təqdimatı olmaqla, hər zaman mühüm siyasi hadisəyəçevrilir. Cənab Prezidentin XII Qlobal Bakı Forumundakı çıxışı dabu baxımdan əlamətdar oldu. Əhatəli və dərin məzmunlu çıxışındacənab Prezident İlham Əliyev Azərbaycanın qlobal proseslərdəiştirakı, beynəlxalq təzyiqləri qətiyyətlə dəf etməsi, üzləşdiyimizədalətsizliklər, Ermənistanın işğal siyasəti, ərazi bütövlüyümüzünvə milli suverenliyimizin bərpası, Qərbin regionda vəziyyətigərginləşdirmək cəhdləri kimi məsələlərə toxundu. Xüsusilə qeydetməliyik ki, Cənab Prezidentin qeyd etdiyi bütün məsələlər həm dəXII Qlobal Bakı Forumunun müzakirəyə çıxardığı dünyanın yenigeosiyasi düzəni mövzusu ilə mütənasiblik təşkil etdi.

Ümumilikdə Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakıçıxışı Azərbaycan dövlətinin nailiyyətlərinin, üzləşdiyiədalətsizliklərə qarşı qətiyyətli mübarizəsinin növbəti möhtəşəmtəqdimatı idi. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının (COP) və dünyanın ikinci ən böyük təşkilatı olanQoşulmama Hərəkatının fəaliyyətinə vermiş olduğu töhfələr barədəməlumatlandırıldı. Eyni zamanda Azərbaycanın öz əraziləriniişğaldan azad etməklə BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağızüzərində qalan qətnamələrini icra etdiyi tədbir iştirakçılarınındiqqətinə çatdırıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bugün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası nəinkiAzərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədənbeynəlxalq ədalətin nümayişidir.

Eyni zamanda cənab Prezident XII Qlobal Bakı Forumununtribunasından Fransa başda olmaqla Qərb siyasi dairələrininyaranmış yeni reallıqlar fonunda yürütdükləri riyakar siyasətiniifşa etdi. Bu gün bəzi Avropa bürokratlarının Ermənistanın keçmişdənələr etdiyini, hansı cinayətləri törətdiyini görməzdən gələrək onusülh göyərçini kimi təqdim etməyə çalışmaları, Fransanın bu ölkənisilahlandıraraq yenidən müharibəyə sürükləməsi, Avropa İttifaqınınAzərbaycanla sərhədə monitorinq adı altında kəşfiyyat missiyasıgöndərməsi riyakarlıqdan başqa bir şey deyil. Prezident İlhamƏliyev Forumdakı çıxışında bütün bunlar barədə bəhs etməklə əsilhəqiqətləri, habelə USAID kimi təşkilatların, korrupsioner BobMenendez, eləcə də Adam Şif, Frenk Pallone, Nensi Pelosi kimişəxslərin ABŞ-dakı erməni diasporundan pul alaraq Azərbaycanıgözdən salmağa çalışdıqlarını XII Qlobal Bakı Forumununiştirakçılarının diqqətinə çatdırdı.

Beləliklə, auditoriyasının əsasən siyasi və dövlət xadimlərindənibarət olması onu deməyə əsas verir ki, Qlobal Bakı Forumurespublikamızın üzləşdiyi ədalətsizliklərin dünyaya çatdırılmasıbaxımından olduqca mühüm platformadır. Belə bir tədbirin həm dəindiki gərgin qlobal şəraitdə, dünya düzəninin dəyişikliklərə məruzqaldığı, yeni çağırışların meydana çıxdığı bir dövrdə ölkəmizdəkeçirilməsi böyük əhəmiyyət kəsb edir. Ümumilikdə isə XII QlobalBakı Forumu bir daha nümayiş etdirdi ki, bütün dünyada qəbul olunannorma və prinsiplərə hörmətlə yanaşan Azərbaycan qlobal aktuallıqkəsb edən məsələlərin müzakirələrinin aparılması, problemlərinhəlli yollarının axtarılması baxımından ən mötəbər ünvandır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Избранный
26
3
az.trend.az

4Источники