RU

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 34-ə çatdı

ABŞ-ın cənub-şərq ştatlarında güclü qasırğa olub.

Heftelik.az xəbər verir ki, bu barədə Missisipi qubernatoru Tate Reeves məlumat verib.

Missuri ştatında 12 nəfər həyatını itirib. Missisipi ştatında isə bir neçə qasırğa nəticəsində 6 nəfər ölüb. Kanzasda toz fırtınası səbəbindən 55-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib və ən azı 8 nəfər həlak olub. PowerOutage izləmə sisteminə görə, Miçiqan, Missuri və İllinoys da daxil olmaqla yeddi ştatda 250 mindən çox ev və iş yeri elektriksiz qalıb.

Missuri qubernatoru Mayk Keho, ştatın “güclü fırtınalar və qasırğalar tərəfindən dağıdıldığını, evlərin yıxıldığını və can itkilərinin yaşandığını” bildirib. Missuri fövqəladə hallar idarəsinə görə, ilkin məlumatlar ştatda 25 bölgədə toplam 19 qasırğanın baş verdiyini göstərir. Həlak olan 12 nəfərdən birinin evi qasırğa tərəfindən tamamilə dağılıb.

Butler County məhkəmə eksperti Cim Akers, CBS News-a verdiyi müsahibədə, “Bura tanınmaz vəziyyətdə idi. Sadəcə bir xarabalıq idi” deyib. O, həmçinin əlavə edib: “Hamımızın qulaqları partlayacaq kimi idi.” Rəsmilər, sakinləri hava şəraiti ilə bağlı xəbərdarlıqları diqqətlə izləməyə və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Избранный
6
4
heftelik.az

7Источники