RU

Arda Güler və Mbappe arasında gərginlik - VİDEO

Dünən "Vilyarreal" - "Real Madrid" oyununda (1:2) Arda Güler Vinisiusun cərimə meydançası daxilinə atdığı topu birbaşa qapıya göndərməyə çalışıb. 

Offsideplus.az xəbər verir ki, nəticədə top qapıdan aralı keçib. Bu anda Kilian Mbappe ona ötürmə vermədiyi üçün əsəbiləşib.

Adətən səbirli olan fransız forvardın bu reaksiyası İspaniya mətbuatında gündəm olub.  

Qeyd edək ki, Mbappe sözügedən qarşılaşmada dubla imza atıb. Arda isə meydana 83-cü dəqiqədə Federiko Valverdenin əvəzinə daxil olub.


Telegram kanalımız
Избранный
13
3
yenisabah.az

4Источники