RU

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi


Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Telefon danışığı zamanı Paşinyan Azərbaycanla sülh sazişinin bağlanması üzrə danışıqların başa çatması barədə Pezeşkianı məlumatlandırıb.

Bundan başqa, tərəflər arasında regional və ikitərəfli gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan öncə Paşinyan Rusiya lideri Putinə bu haqda məlumat vermişdi.

Избранный
62
28
news24.az

10Источники