RU

İki il sonra rəsmi matça çıxdı, 10 dəqiqəyə qovuldu

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli iki ildən sonra ilk rəsmi matçına çıxıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, o, A Seriyasında “Komo”nun heyətində debüt edib.

Ancaq keçmiş ulduzun qayıdışı onun üçün fiaskoyla nəticələnib. 81-ci dəqiqədə əvəzetmədən oyuna qoşulan futbolçu sərt mübarizəyə görə qırmızı vərəqə alıb.

"Komo" bu görüşdə "Milan"a 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, Dele Alli yanvarda "Komo" ilə müqavilə imzalayıb. "Transfermarkt" 28 yaşlı futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.

Alli karyerasının ən yaxşı illərini “Tottenhem”də keçirib. O, karyerası ərzində klub səviyyəsində 385 oyun keçirib, 94 qol vurub və 72 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
21
fanat.az

1Источники