RU

Karlo Ançelotti: “Real” “Vilyarreal”la oyunda tələyə düşmədi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Liqasının 28-ci turunun “Vilyarreal”la səfər oyununda 2:1 hesablı əzmkar qələbəni şərh edib.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Komandama, hər iki hissənin başlanğıcında üzləşdiyi çətin məqamlarda duruş gətirmək müyəssər oldu. Tədricən biz topla daha yaxşı işləməyə və qol vurmaq fürsətləri aramağa başladıq. Kilian Mbappe iki qol vurdu, ikinci hissədə də uğurla başa vura biləcəyimiz bəzi əks-hücumlarımız vardı.

Mən çox qürurluyam. Bütün şəraiti, həmçinin istirahətimizi və rəqibin gücünü nəzərə alaraq, bu, tələ-oyun idi. Ancaq biz bu yüklənməyə tab gətirdik. Komandam yorulub, bu, təbiidir. Bu qələbə bizim komandamız və bu heyətin imkanları haqda çox xüsusları açıqlayır.

Bu gün qalib gəlmək vacib idi. Əlbəttə, mən “Atletiko” – “Barselona” oyuna da baxacağam, əyləncəli mənzərə olacaq. Həmin oyunda mən futbol azarkeşi olacağam, elə, bu qədər”, deyə Karlo Ançelotti vurğulayıb.

Hazırda “Real” 28 oyundan 60 xalla İspaniya La Liqasının yarış cədvəlinə şərti lider qismində başçılıq edir. “Vilyarreal” isə 27 oyundan 44 xalla 5-ci pillədə qərarlaşıb.

Turun mərkəzi görüşü çərçivəsində isə “Atletiko” – “Barselona” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (17 Mart) başladacaq.

27 oyundan sonra “Atletiko” 56 xalla İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Barselona” isə 26 oyundan 57 xalla mümkün lider qismində şərti olaraq 2-ci pillədədir.

Избранный
9
arena.az

1Источники