RU

Tesla salonları qarşısında İlon Maska qarşı etirazlar artmaqda davam edir

ABŞ-da yüzlərlə insan Hökümət Səmərəliliyi Departamentinin (DOGE) federal büdcəni kəsməsinə və işçiləri ixtisar etməsinə etiraz etmək üçün İlon Maskın baş direktoru olduğu Tesla salonlarının qarşısında toplaşmağa davam edir.

Marja.az-ın məlumatına görə, ABŞ mətbuatında yer alan xəbərlərə görə, nümayişçilər Boston, Filadelfiya, Baltimor və paytaxt Vaşinqtonda Tesla salonları qarşısında toplaşıb.

Yüzlərlə nümayişçi DOGE-nin işçi ixtisarları aparmasına etiraz edir və insanları Maskın baş direktoru olduğu Tesla-dan avtomobil alınmamasına çağırırlar.

Etirazçılar "Teslanızı satın, səhmlərinizi satın, tətilə qoşulun. Teslanın zərər çəkməsi Maskı dayandıra bilər" şüarları səsləndirib. 

Ayın əvvəlindən ABŞ-da ölkənin müxtəlif bölgələrində Maskın baş direktoru olduğu Tesla avtosalonlarının qarşısında nümayişlər keçirilir və etirazlar zamanı həbslər də olur.

ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi təyin etdiyi Maska dəstəyini göstərmək üçün Tesla avtomobili alıb.

Tramp, Tesla salonlarına hücumların "məişət terroru" hesab ediləcəyini və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacağını bildirmişdir.

Избранный
31
33
marja.az

10Источники