RU

Azərbaycanın həndbol millisi Moldova yığmasına məğlub olub

Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gəlib.

Görüş Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Milli 5-8-ci yerlər uğrunda görüşdə Paraqvaya 22:34 hesabı ilə məğlub olub.

Избранный
2
2
ikisahil.az

6Источники