RU

Qaşqay türkləri etiraza qalxdı: “Azərbaycan sağ olsun”- VİDEO

İranın Fars vilayətinin Şiraz şəhərində etiraz aksiyası keçirilib. Bu, Qaşqay türklərinin milli kimlik uğrunda keçirdikləri üçüncü aksiyadır. 

"Cebheinfo.az" xəbər verir ki, aksiyada Qaşqay türkləri milli geyimlərinin “ələ keçirilməsinə və oğurlanması”na ediblər.  

Etirazçılar tarixi kimliklərinin qorunması ilə bağlı şüarlar səsləndirib, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.

Etirazçılar, həmçinin Azərbaycan türklərini Qaşqay qardaşlarına dəstək verməyə çağırıblar. 

Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi-Türkmən, İttihad-İttihad” (birləşin birləşin)” şüarları səsləndiriblər.

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники