ABŞ Mərkəzi Komandanlığı Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı dəqiq hücumlar edildiyini açıqlayıb və Husilərin hədəflərinin vurulduğu anların görüntülərini ictimaiyyətlə paylaşıb.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Husilər hücumlarda həyatını itirənlərin sayının 31-ə yüksəldiyini bildirib.
ABŞ Müdafiə Qüvvələri tərəfindən verilən açıqlamada husilərin ABŞ hərbçiləri tərəfindən hədəf alındığı bildirilib:
“ABŞ Mərkəzi Komandanlığı Amerikanın maraqlarını müdafiə etmək, düşmənlərin qarşısını almaq və naviqasiya azadlığını bərpa etmək üçün Yəməndə İranın dəstəklədiyi Husi hədəflərinə dəqiq hücumlar da daxil olmaqla bir sıra əməliyyatlara başlayıb".
Husilərə məxsus Əl Məsirə televiziyası ABŞ-ın hücumlarında dünyasını dəyişənlərin sayının 31-ə yüksəldiyi qeyd olunub. Ölənlər arasında 4 qadın və 1 uşağın olduğu, ən azı 23 nəfərin yaralandığı bildirilib.
Nə baş verib?
Husilər martın 7-də verdikləri açıqlamada, yardımların Qəzzaya daxil olması üçün İsrailə 4 gün vaxt verdiyini, əks halda bu ölkəyə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını elan etmişdilər. 15 mart tarixində ABŞ prezidenti Donald Tramp “Truth Social” platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “böyük hücum” təşkil etmək göstərişi verdiyini açıqlayıb.