“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 26-cı turunun “Union Berlin”lə oyununda 1:1 hesablı heç-heçəni şərh edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Burada iki əhvalat var – komandamın çıxışı və nəticə. Biz üç xal qazanmadıqda, nəticədən narazıyıq, hər şey çox sadədir. Amma mən, bizim, səfərdə yaxşı oyun keçirməyimizi anlamaq üçün, kifayət qədər çoxdan futboldayam. Mən oyun və nəticədən çox razı idim (hesabı “Bayern” açıb – redaktorun qeydi), amma rəqibin də haqqını verməliyik, onlar mübarizə apardılar, bir fürsət yaratdılar və onu da gerçəkləşdirdilər”, deyə Kompani vurğulayıb.
26 oyundan sonra “Bayern” 62 xalla Almaniya Bundesliqasının yarış cədvələ başçılıq edir. “Union” isə 27 xalla 13-cü pillədə qərarlaşıb.